Aktrisa Pelin Akilin keçmiş həyat yoldaşı aktyor Anıl Altan yeni görüntüləri ilə gündəm olub.
BAKU.WS xəbər verir ki, ötən ayın 27-də boşanan Anıl yanında bir xanımla kameralara tuş gəlib.
Həmin vaxt aktyorun yanında ilk evliliyindən olan iki qızı da olub. O uşaqları ilə dondurma yeyərkən paparazzilər oradakı xanımı da görüntüləyib.
Jurnalistləri görən Anıl həyəcanlı anları ilə diqqət çəkib. O xanımın ailə dostu olduğunu, adının isə Merve olduğunu vurğulayıb.
Xatırladaq ki, Pelinlə Anıl 9 il evli olublar. Onıarın iki azyaşlı övladı var. Keçmiş cütlük övladlarının xətrinə həmişəlik dost qalacağını bildirib.