EN

Musiqi alətində çalmaq xroniki ağrını AZALDIR

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Danimarka və Almaniya alimləri müəyyən ediblər ki, motor bacarıqlarını inkişaf etdirən məşqlər məsələn, musiqi alətində çalmaq xroniki ağrıya qarşı müqaviməti artırır və beynin onun təsirindən qorunmasına kömək edir.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "PAIN" jurnalında dərc olunub.

Eksperimentdə həm peşəkar musiqiçilər, həm də musiqi təhsili olmayan şəxslər iştirak edib. Tədqiqatçılar iştirakçıların qoluna bir neçə gün ərzində narahatlıq yaradan sinir böyümə faktorunu yeridərək davamlı əzələ ağrısını simulyasiya ediblər. Daha sonra transkranial maqnit stimulyasiyası vasitəsilə beyin kortikomotor əlaqələrindəki dəyişikliklər qiymətləndirilib.

Nəticələr göstərib ki, musiqiçilərdə ağrı beyin “hərəkət xəritəsində” daha az dəyişiklik yaradıb və subyektiv olaraq daha zəif hiss olunub. Alimlər bunu illərlə davam edən motor məşqlər sayəsində inkişaf edən sinir sistemi plastisiliyi ilə əlaqələndirir.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, əldə olunan nəticələr yeni reabilitasiya metodlarının əsası ola bilər. Təkrarlanan hərəkətlər və motor bacarıqları üzərində məşqlər xroniki ağrının intensivliyini azalda və hərəkət funksiyalarının bərpasına kömək edə bilər.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
redaktor.az

2Sources