III MDB Oyunlarının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir.
Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.
Fiqurlu konkisürmə üzrə Qran-Pri turnirinin qısa proqramı keçirilib - FOTO
III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Azərbaycanda
Milli Paralimpiya Komitəsi: "Daim şəffaflığın tərəfdarı olmuşuq"
III MDB Oyunları zamanı azarkeşlər üçün fan zonalar qurulacaq
Roman Saleidən növbəti medal