EN

Azərbaycan "yaşıl enerji" üzrə regional haba çevrilə bilər - IFC eksperti

Bakı. Trend:

Yaşıl enerjinin regional mərkəzi kimi Azərbaycanın potensialıtəkcə ölkə üçün deyil, bütün dünya üçün yeni imkanlar açır.

Trend xəbər verirki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlımaliyyə üzrə eksperti Leyla Hüseynli Bakıda keçirilən “Azərbaycan -Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi"ndə çıxışında deyib.

O qeyd edib ki, uğurun əsas amillərindən biri enerjisəmərəliliyinin artırılması ola bilər ki, bu da ölkə daxilindəqazdan qənaətlə istifadəyə və onu daha yüksək qiymətə ixrac etməyəimkan verərək büdcəyə əhəmiyyətli əlavə gəlir gətirəcək.

Onun sözlərinə görə, Azərbaycanda binaların təxminən 90 faiziqazla isidilir və əhali üçün daxili tariflərlə qazın ixrac qiymətiarasındakı fərq ciddi iqtisadi potensial yaradır.

“Enerji səmərəliliyi sayəsində hansı həcmdə qaza qənaet etməyinmümkün olduğunu hesablasaq və onu ixrac etsək, bu ölkəyə əlavəgəlir gətirəcək və həmin gəlir “yaşıl” iqtisadiyyatın daha dainkişaf etdirilməsinə yönəldilə bilər”, - deyə Leyla Hüseynlivurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, bərpa olunan enerji sahəsində, ocümlədən yaşıl hidrogen üzrə dövlət-özəl tərəfdaşlıqla həyatakeçirilən layihələrin inkişafı Azərbaycanın bərbaolunan enerjisahəsində gələcək regional hab kimi mövqeyini gücləndirir.

Məqalədə:
Chosen
23
az.trend.az

1Sources