BAKI, 25 sentyabr. TELEQRAF
Azərbaycanda turizm sahəsinin inkişafına töhfə vermək məqsədilə DAİR Hotellər və Restoranlar Assosiasiyasının nəzdində “ATEC – Azərbaycan Turizm Ekspertləri Klubu” təsis edilib.
Teleqraf xəbər verir ki, yeni platforma ölkənin turizm ekosistemində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirməyi hədəfləyir. Klubun əsas məqsədləri arasında yerləşdirmə və ictimai iaşə müəssisələri, turizm operatorları, agentliklər, bələdçilər, nəqliyyat və turizm təhsili üzrə çalışan peşəkarlar arasında bilik və təcrübə mübadiləsini təmin etmək, sektorda koordinasiyanı gücləndirmək və innovativ yanaşmaları təşviq etmək yer alır.
Klubun yaradılmasının təşəbbüskarı 20 illik təcrübəyə malik İbrahim Qəfərovdur. Üzvlük üçün əsas şərtlərdən biri turizm sahəsində ən azı 10 illik peşəkar fəaliyyət və sahənin inkişafına töhfə verməkdir.