GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni dayandırmağa qadir olan yeganə şəxsdir.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto “Kommersant”a müsahibəsində deyib.
“Əminliklə deyə bilərəm ki, Ukraynada sülh üçün yeganə ümid Donald Trampdır. Ondan başqa heç kim bu müharibəni dayandırmaq iqtidarında deyil”.
Siyarto ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı hədələrinə şərh verməkdən imtina edib:
“Amerikanın niyyətini şərh etməyə çalışmaq mənim üçün qəribə olardı”, – Siyarto vurğulayıb.
Ötən gün ABŞ prezidenti Donald Tramp BMT-dəki çıxışında Rusiyanın enerji resurslarını almağa davam edən Avropa ölkələrini tənqid edib. Amerika lideri Avropanı Rusiyadan enerji resursları almağı dayandırmağa çağırıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.