EN

Azərbaycan və Qambiya arasında Anlaşma Memorandumunu imzalanıb (FOTO)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT BaşAssambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsiçərçivəsində Qambiyanın xarici işlər naziri Sering Modou Njie iləgörüşüb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumatyayıb.

Nazirlər Azərbaycan və Qambiya arasında ikitərəfli əməkdaşlığın,xüsusən də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində perspektivlipotensialını vurğulayıb, ortaq çağırışların həll edilməsi vəqarşılıqlı maraqların təşviqi üçün bu əlaqələrin daha damöhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə, həmçinin, Azərbaycan və Qambiya arasında iqtisadi vəmədəni əlaqələri gücləndirməyə yönəlmiş yeni təşəbbüslərin vəəməkdaşlıq mexanizmlərinin irəlilədilməsinin əhəmiyyəti xüsusiolaraq vurğulanıb.

Tərəflər görüş zamanı Azərbaycan Xarici İşlər Nazirliyi iləQambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə YaşayanQambiyalılar Nazirliyi arasında Siyasi məsləhətləşmələr haqqındaAnlaşma Memorandumunu imzalayıblar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
3
17
az.trend.az

10Sources