EN

BMT-də beynəlxalq konfrans keçirilib

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 25 sentyabr 2025-ci iltarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsindətəşkilatın Nyu York şəhərində yerləşən mənzil qərargahında “Bujivalrazılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsadekolonizasiya?” adlı beynəlxalq konfrans keçirilib.

Trend xəbər verirki, konfransda Fransanın Dənizaşırı əraziləri — Kanaki (YeniKaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (FransızPolineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra,Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərənmüstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrəbeynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş BeynəlxalqDekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edib.

Konfransda Fransa tərəfindən “sabitlik və birgə gələcək” kimitəqdim edilən Bujival razılaşmasının əsl mahiyəti müzakirə edilib,bu sazişin şərtləri Yeni Kaledoniyanı müstəqilliyə çatdırmalıolduğu Matinyon və Noumea sazişləri ilə müqayisə edilib.

Tədbirdə Kanak xalqının nümayəndələri Bujival sazişini niyə rəddetdiklərini geniş ictimaiyyətə açıqlayıblar.

Konfransda həmçinin Bujivaldan sonrakı dövrdə Kanaki (YeniKaledoniya) və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransatərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icraedilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalqtəşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqidekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgəaddımların atılması diqqət mərkəzində olub.

Konfransın sonunda birgə bəyanat qəbul edilib.

Tədbir bitdikdən sonra koloniyaların təmsilçiləri tərəfindən BMTofisinin qarşısında dinc etiraz aksiyası keçirilib.

Chosen
10
34
az.trend.az

10Sources