EN

Bakıda keçirilən fiqurlu konkisürmə üzrə Qran-Pridə növbəti mükafatçılar bəlli olub

Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri davam edir.

XQ xəbər verir ki, yarışın ikinci günündə kişilər arasında sərbəst proqram üzrə 21 ölkədən 22 idmançı çıxış edib.

Turnirin sərbəst proqram üzrə nəticələrinə əsasən Cənubi Koreyalı idmançı Minkyu Seo 236.45 xalla ali kürsüdə 1-ci yerə, belçikalı fiqurlu konkisürən Denis Kruqlov 213.47 xalla 2-ci yerə, Birləşmiş Ştatlardan olan idmançı Caleb Farrinqton isə 210.66 xalla 3-cü yerə sahib olublar.

Təltifetmə mərasimində qaliblərə medalları Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının Baş katibi Günel Bədəlova təqdim ediblər.

Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.

Sentyabrın 26-da, yarışın sonuncu günündə qadınlar buz üstündə sərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxış edəcəklər.

Chosen
5
7
xalqqazeti.az

10Sources