EN

III MDB Oyunlarına hazırlıq məqsədi ilə stend atıcılığı üzrə turnir keçirilib - FOTO

Qəbələ atıcılıq klubunda III MDB Oyunlarına hazırlıq çərçivəsində stend atıcılığı üzrə test turniri keçirilib.

İdman.biz bildirir ki, yarış III MDB Oyunlarının təşkilat komitəsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyası tərəfindən təşkil olunub.

Turnirdə Azərbaycan milli yığmasının tərkibində olan 24 nəfər idmançı iştirak edib. İdmançılar dairəvi stend, səngər stendi və solo hərəkəti növləri üzrə mübarizə aparıblar.

Yarışın sonunda qalib idmançılar diplomlarla təltif ediliblər.

Xatırladaq ki, stend atıcılığı üzrə yarışlar 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Qəbələ atıcılıq klubunda keçiriləcək.

İdman.biz

Chosen
12
3
idman.biz

4Sources