ABŞ prezidenti Donald Tramp Texas ştatının Dallas şəhərində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşlarına atəş açan hücuma münasibət bildirərkən deyib ki, ABŞ-da qütbləşmə problemi gələcəkdə daha da pisləşəcək.
Editor.az bunu “Fox News” a istinadən xəbər verir.
“Problemi radikal solçular yaradır və o, daha da pisləşəcək və nəticədə onların təqibinə qayıdacaq”, – ABŞ lideri bildirib.
Tramp izah edib ki, onlar bu oyunları oynayanda yaxşı heç nə olmayacaq. Ağ Ev rəsmisi həmçinin qeyd edib ki, ABŞ-da “sağlar” soldan qat-qat sərtdir, lakin eyni problemləri yaratmayıb.
//Gülnarə Abasova, Editor.az