EN

Rusiya BU İSTİQAMƏTDƏ genişmiqyaslı hücuma başladı

Musavat.com xəbər verir ki, Rusiya ordusu demək olar ki, bütün cəbhə xətti boyunca Dnepropetrovsk istiqamətində aktiv hücum əməliyyatlarına start verib.

Məlumata görə, qoşunlar gecə saatlarında hücuma keçiblər. Rusiya tərəfi əhəmiyyətli sayda ehtiyat qüvvəni yalnız Dobropilske deyil, həm də Pokrovske istiqamətində yerləşdirib.

Son günlər ərzində rus qüvvələrinin Dnepropetrovsk bölgəsinə doğru irəliləməyə çalışdığı, bu gecə isə hücumların daha da intensivləşdiyi bildirilir.

Hazırda bölgədə döyüşlərin davam etdiyi, tərəflər arasında şiddətli toqquşmaların qeydə alındığı vurğulanır. 

 

Musavat.com

Chosen
29
musavat.com

1Sources