EN

Putin Paşinyanla görüşdü

BAKI, 26 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Teleqraf xəbər verir ki, görüş Moskvada keçirilən Qlobal Atom Forumu çərçivəsində baş tutub.

Putinlə Paşinyan arasında hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, forumda həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko, Myanma Prezidenti vəzifəsini icra edən Min Aun Hlayn, İranın vitse-prezidenti Məhəmməd Eslami, Efiopiyanın Baş naziri Abiy Ahmed, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xodjaev, eləcə də digər ölkələrin və beynəlxalq təşkilatların müvafiq qurumlarının rəhbərləri iştirak ediblər.

Forum zamanı Lukaşenko Paşinyana atom texnologiyalarının inkişafında kömək üçün Minsk və Moskvaya müraciət etməyi təklif edib.

Chosen
7
teleqraf.com

1Sources