EN

Guya, çempionluğa iddialı idilər… VİDEO

I Liqada III turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün MOİK Binə qəsəbə stadionunda "Zaqatala"nı qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən "Zaqatala" turnir cədvəəlinin 5-ci pilləsində qərarlaşıb. 1 xalı olan MOİK isə 7-ci yerdədir.

MOİK - "Zaqatala" 0:1

Qol: Mətin Qəhrəmani, 44
Binə qəsəbə stadionu. 120 tamaşaçı
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Əkbər Əhmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Elmar Məmmədov, 43 (qeyri-idman hərəkəti); Əkpər Vəliyev, 49 (hakimin qərarına etiraz); Hüseyn Əliyev, 54 (hakimin qərarına etiraz) //
İlkin Qırtımov, 52 (oyunun bərpasının ləngidilməsi)
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.

MOİK
66. Əkpər Vəliyev
77. Cavid Tağıyev (k)
(11. Seyxan Fərəcov, 35)
44. Ülvi İbazadə
(88. Məzahir Məmmədzadə, 71)
24. Nihad Tamazov
5. Nihad Qurbanlı
99. Cəlal Cəbrayılov
(13. Elton Əlibəyli, 78)
8. Zeynəddin Abdurahmanov
10. Gülağa Əsədov
(16. Tural Axverdiyev, 46)
27. Mehrac Baxşalı
6. Rüstəm Hümbətov
(2. Hüseyn Əliyev, 46)
17. Elmar Məmmədov
Ehtiyat oyunçular:
1. Zeynal Əhmədzadə
22. Murad Ağamalıyev
3. İzzət Müştaqov
70. İbrahim Novruzov
33. Cavid Yadullayev
Baş məşqçi: İlham Yadullayev

“Zaqatala”
89. Amin Ramazanov
2. İlkin Qırtımov (k)
(33. Kənan Müslümov, 54)
77. Sərxan Abdullayev
8. Roini İsmayılov
10. Rəhman Şabanov
70. Mətin Qəhrəmani
17. Kamal Kazımov
(27. Mahmud Məmmədov, 77)
19. Kabamba Mardok
15. Cavad Kərimov
(16. Yusif Dilanov, 70)
13. Okan Təhməzli
9. Habibu Abdurəşid
(18. Matondo Lumbu Preddi, 77)
Ehtiyat oyunçular:
1. Davud Şabanov
7. Asim Babazadə
34. Davud Mahmudov
20. Mahir Həsənov
57. Bahadur Quliyev
Baş məşqçi: Rüstəm Məmmədov

Chosen
9
sportinfo.az

1Sources