BAKI, 26 sentyabr. TELEQRAF
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Tel-Əvivə hipersəs ballistik raketlə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.
“Yəmən Silahlı Qüvvələrinin raket qoşunları “Fələstin-2” hipersəs ballistik raketi ilə işğal olunmuş Yaffa bölgəsində (Tel-Əviv - red.) bir neçə mühüm hədəfə zərbə endirib. Əməliyyat uğurla həyata keçirilib", - hərəkatın nümayəndəsi “Al Masirah” telekanalının efirində deyib.