EN

Pakistanda PUBG oyununa görə bütün ailəsini öldürən yeniyetmə 100 il həbs cəzası aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pakistanda məhkəmə 17 yaşlı Zeyn Əlini anasını, qardaşını və iki bacısını öldürməyə görə 100 il həbs cəzasına məhkum edib.
Oxu.Az-ın "The Independent" nəşrinə istinadən verdiyi xəbərə görə, cinayət yeniyetmənin onlayn PUBG oyununa olan asılılığı ilə bağlı keçirdiyi sinir sistemi pozğunluğu nəticəsində baş verib.
Faciə zamanı Əlinin cəmi 14 yaşı var idi. O, yaşadığı Lahorda vaxtının çox hissəsini otağına qapanaraq keçirirdi və oyun asılılığı ilə bağlı anası tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdi.
Qətl günü isə o, oyunda hədəfə çata bilmədiyinə görə və anasından məzəmmət aldıqdan sonra özünə nəzarəti itirib.
Anasının silahını götürən Əli otağa daxil olaraq atəş açıb. Onun anası (45 yaş), böyük qardaşı (20 yaş) və bacıları (15 və 10 yaşında) hadisə yerində ölüblər.
Chosen
26
5
oxu.az

7Sources