ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nın Virciniya ştatında yaşayan Kerri Edvards "Powerball" lotereyasında böyük məbləğ udub. Reyting.az-ın məlumatına görə, o, şanslı nömrələri seçmək üçün ilk dəfə "ChatGPT"-dən istifadə edib, daha sonra isə 4 əsas rəqəmlə "Powerball" nömrəsini doğru tapmaqla, 150 min dollar qazanıb. Edvards deyib ki, o, udduğu bu məbləği xərcləməyi düşünmür və 150 min dolları müxtəlif xeyriyyə təşkilatları arasında bölməyi planlaşdırır. Bununla bağlı rəy verən mütəxəssislər isə bildiriblər ki, əslində, süni intellektin bu cür uduşlu rəqəmləri proqnozlaşdırması mümkün deyil. Ekspertlər bunun sadəcə təsadüf olduğunu söyləyiblər.Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.