EN

Azərbaycanda 8 komandalı əsas, 6 iştirakçılı I Liqanın təşkili planlaşdırılır

Əsas məqsəd Azərbaycanın U-16 və U-18 millilərinin Avropa çempionatının A divizionunda oynamalarıdır.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.

O, Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdən sonra jurnalistlərə açıqlama verib:

"Bizim ümumi strategiyamız var. Buna doğru addım-addım irəliləmək istəyirik.

Əsas məsələ 2030-cu illə bağlıdır. Plan ondan ibarətdir ki, U-16 və U-18 millilərinin Avropa çempionatının A divizionununda oynamalarını istəyirik.

Heç olmasa, B divizionunda uğurlu nəticələr qazansınlar. Növbəti mərhələlərdə yerli basketbolçuların güclü çempionatlarda oynamasına və Azərbaycan Basketbol Liqasında daha keyfiyyətli yarışın təşkilinə diqqət yetirəcəyik".

E.Əmrullayev çempionatla bağlı planları açıqlayıb:

"Əvvəl də demişəm, bu mövsüm yox, növbəti mövsüm Azərbaycan Basketbol Liqasında 8 komandalı əsas, 6 komandaları I Liqanın təşkili planlaşdırılır.

Hər komandanın bir çempionatdan digərinə keçməsi də təmin ediləcək. Qadınlardan ibarət çempionatın da formalaşacağına ümid edirik".

Chosen
23
sportinfo.az

1Sources