EN

«Starbucks»ın bahalı lattesi artıq dəbdə deyil, rəqabətə dözmür - YÜZLƏRLƏ RESTORANI BAĞLANACAQ

Amerikanın qəhvə şəbəkəsi «Starbucks» 400 mağazasının bağlandığını və 900 nəfərin işdən çıxarıldığını elan edib.

3 manatdan 14 manatadək – Bakıda bir fincan kofe neçəyədir? – SİYAHI, QİYMƏTLƏR, ÜNVANLAR

FED.az biznes və iqtisadiyyat xəbərləri portalı xəbər verir ki, bu barədə şirkətin baş direktoru Brayan Nikkol bəyanat verib. «Starbucks» bu ay yüzlərlə mağazasını bağlayacaq ki, bu da onun ümumi sayının təxminən 1%-ni təşkil edir. İyunun sonunda şirkətin Şimali Amerikada 18 734 mağazası var idi və sentyabrın sonuna qədər şirkət mağazaların sayının 18 300-ə çatacağını bildirib", - baş direktor bildirib.

Şirkətdə zəif işləyən restoranların bağlanması satışların aşağtı düşməsi ilə bağlıdır. Rəqəmlər göstərir ki, «Starbucks»ın satışları ABŞ-da 6 rübdür ki, dayanmadan azalır – bu il yarımlik müddət deməkdir.

Satışların azalmasının ilk səbəbi şirkətin bahalı lattesinə marağın azalmasıdır. Bunun da səbəbi istehlakçıların daha qənaətcil olması və rəqabətin artmasıdır.

«Araşdırma zamanı biz aşkar etdik ki, elə qəhvəxanalar var ki, biz burada istədiyimiz mühiti yarada bilməyəcəyik. Eyni zamanda loazımi maliyyə nəticələri də görünmür», -deyə Nikkol öz əməkdaşlarına bildirib.

Nəticədə şirkət baş direktor Brayan Nikkolun rəhbərliyi ilə restrkuturizasiya aparır ki, artıq yüklərdən və işləməyən restoranlardan xilas olsun. Bu tədbirlər «Starbucks»a 1 milyard dollara başa gələcək, amma şirkət vəziyyəti düzəltmək üçün bu xərclərə hazırdır.

Bağlanan mağazaların arasında Sietldəki məşhur restoran da var. Bu restoran özünün ayrıca kofe qovurma qurğusunun olması ilə məşhurdur.

Baş direktor qeyd edib ki, qəhvəxanalar artıq "sosial həyatın qovşaqlarıdır və onlardan hər hansı birini bağlamaq çətindir". Amma onlar səmərəli işləmədiyinə görə, restoranları bağlamaq lazım olub.

Məsələ təkcə restoranların və mağazaların bağlanması ilə bitməyəcək. Paralel olaraq işçilər də ixtisar edilir və vakansiyalar bağlanır. Mağazaların bağlanması ilə yanaşı, Starbucks əlavə 900 nəfərin işdən çıxarıldığını da elan edib.

Şirkət indiyədək bununla bağlı həmkarlarla danışıqlar aparıb, «Starbucks»ın həmkarları 12 min nəfəri əhatə edir. Ötən il danışıqlar baş tutmadığına görə, işçilər mövsümüm ən qızğın çağında 3-4 gün işə çıxmayaraq şirkətə böyük zərər vurublar. 

Baş direktor Brayan Nikkol başqa şirkətlərdəki işində də optimallaşdırma tədbirləri ilə məşhurdur. Onun buradakı əsas işi investisiyaları artırmaq, qəhvəxana mühiti yaratmaq və idarəçi səviyyələrini ixtisar etməkdir, yəni rəhbər işçilərin sayını azaltmaq.

Ən böyük azalma şirkətin köməkçi qruplarında olacaq. Araşdırma göstərib ki, «Starbucks»da birbaşa köfe işi ilə əlaqəsi olmayan 10 minə yaxın adam çalışır, təbii ki, onların da sayının kəskin azalması gözlənilir.

Ümuiyyətlə indiyədək şirkətdə 1100 nəfər ixtisar edilib, əvəzində qalan işçilərin maaşı 2% artıb.

«Starbucks»dakı dəyişiklikləri diqqətlə izləyirlər, belə ki, son bir ildə «Starbucks»ın səhmləri 13,6 dollar və ya 14% ucuzlasaraq 83,8dollara enib. 

Chosen
31
fed.az

1Sources