EN

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir

Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.

Sərdar Berdiməhəmmədovu və bütün Türkmənistan xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısı məktubunda, həmçinin bildirib: "İnanıram ki, ikitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir".

Chosen
27
14
day.az

10Sources