GƏNCƏ, 26 sentyabr. TELEQRAF
Bu gün səhər saatlarında Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin zirzəmisində yanğın baş verib.
Teleqraf xəbər verir ki, hadisə yerinə 4 yanğınsöndürən cəlb olunub.
Zirzəmidə qurğulardan birinin yanması nəticəsində baş verən yanğın söndürülüb.