EN

III MDB Oyunları: Azərbaycanın bayraqdarları müəyyənləşib

Sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları məlum olub.

Apasport.az xəbər verir ki, açılış mərasimində Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq. 

Asiman Qurbanlı III MDB Oyunlarında çıxış edəcək ən titullu idmançılardan biridir. O, üçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının qalibi, 2011-ci il Dünya Çempionatının gümüş mükafatçısıdır.

Zemfira Həsənzadə olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc mükafatçısı, gənclər arasında Avropa çempionudur.

Xatırladaq ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhərində keçiriləcək. Yarışlar isə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.

Bakıda "Olimpiya günü" tədbiri keçiriləcək

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub

III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb

Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO

Millimiz təlim-məşq toplanışına start verib

Chosen
35
44
apasport.az

10Sources