Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xalq artisti Nazpəri Dostəliyeva verilişlərə səslənib.
Axşam.az xəbər verir ki, "Günə uğurla" verilişində qonaq olan müğənni səhər verilişlərində qalmaqal etməməyi deyib. O bildirib ki, səhər verilişləri tamaşaçılara neqativ ötürür:
"İnsanlara səhərlər sənəti olmayanları gətirib, dedi-qodunu sırımasınlar. Musiqidən danışanda kiməsə xoş gəlmir. Biz Azərbaycan musiqisini təbliğ edirik. Verilişlərdən rica edirəm, musiqini, sənətkarı təbliğ etsinlər. İnsanlara yuxudan oyananda yaxşı ovqat bəxş etsinlər. Tək əldən səs çıxmır. Mən durub nə qədər deyim... Gənclərə də söz demək olmur. Öz tələbələrimə deyirəm ki, yaxşı musiqi təbliğ edin".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.