EN

Qüdsi Osmanov South East Europe EPC & Infrastructure adlı konfransa qatılıb

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Konstansa şəhərində keçirilən "South East Europe EPC & Infrastructure" adlı konfransda iştirak edib.

Səfirlikdən Mia.az-a verilən məlumata görə, diplomat çıxışında Asiya ilə Avropa arasında nəqliyyat və logistika layihələrinə toxunub, xüsusilə Orta Dəhliz layihəsinin əhəmiyyətini qeyd edib.

O, həmçinin daşımaları optimallaşdırılması və regional əməkdaşlığı gücləndirilməsi məqsədilə logistika proseslərinin rəqəmsallaşdırılması istiqamətində Azərbaycanda aparılan islahatlardan danışıb.

Tədbir "Creative Communication" şirkəti tərəfindən CAIR (Rumıniya Sahibkarlar və İnvestorlar Konfederasiyası), ACUE (Enerji Kommunal Şirkətləri Federasiyası), PATRES (Bərpa Olunan Enerji İstehsalçılarının İşəgötürənlər Təşkilatı), PSC (Tikinti Şirkətləri İşəgötürənlər Assosiasiyası), BRCCBU (Birləşmiş Millətlər Birliyi), UNTRR (Rumıniyadan Yol Daşıyıcıları) və USER (Rumıniya Ekspeditorlar Assosiasiyaları İttifaqı) ilə birgə təşkil olunub.

Tədbirdə Rumıniyanın dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyalarının rəhbərləri, Konstansa limanının nümayəndələri, diplomatlar və ictimai xadimlər iştirak ediblər.

Konfransda Konstansa limanının böyük infrastruktur və enerji layihələri üçün əsas qapı kimi strateji rolu vurğulanmış, sərhədyanı əməkdaşlığın və innovativ yanaşmanın vacibliyi bir daha təsdiq edilib. Eyni zamanda tədbir regionun davamlı iqtisadi inkişafı üçün ümumi məsələlərin həllinin tapılmasında dövlət qurumları və özəl sektorunun əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədi daşıyıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
6
mia.az

4Sources