EN

Bakının 3 rayonunda qaz olmayacaq

Nəsimi, Qaradağ və Yasamal rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

"Alatava" QPS-dən qidalanan "Mikrorayon" 500 mm-lik ortatəzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin "Duvannı" QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləri ilə əlaqədar, bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək "Mikrorayon" ölçü qovşağından və "Duvannı" QPS-dən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən "Main" MTK-nın qaz təchizatında fasilə yaranacaq.

Tarix: 26 Sentyabr 2025, 10:28   
Chosen
28
39
pravda.az

10Sources