AZ

Bakının üç rayonunda qazOLMAYACAQ

“Alatava” QPS-dən qidalanan “Mikrorayon” 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin “Duvannı” QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləri ilə əlaqədar, 26.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Mikrorayon” ölçü qovşağından və “Duvannı” QPS-dən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Redaktor.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən “Main” MTK-nın qaz təchizatında fasilə yaranacaq.

Seçilən
15
39
redaktor.az

10Mənbələr