EN

Gürcüstan və Azərbaycan “yaşıl” hidrogenin tədarükü və tranziti üzrə ideya və mexanizmlər hazırlayırlar

Bakı. Trend:

Gürcüstan və Azərbaycan “yaşıl” hidrogenin tədarükü və tranzitiüzrə ideya və mexanizmlər hazırlayırlar.

Trend xəbər verirki, bunu cümə günü Bakıda keçirilən “Azərbaycan və Mərkəzi AsiyanınYaşıl Energetika Həftəsi” çərçivəsində çıxış edən Gürcüstanİqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Enerji səmərəliliyi vəbərpa olunan enerji mənbələri departamentinin rəhbər müavini OmarSereteli bildirib.

“Gürcüstanın qonşu ölkələrlə əməkdaşlığı “yaşıl energetikadəhlizi” layihələri çərçivəsində yaşıl hidrogenin Avropayatədarükü, tranziti və ixracına dair ideyaların işlənibhazırlanmasına yönəlib”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bəzi layihələr obyektiv səbəblərdənmüvəqqəti olaraq təxirə salınsa da, bu istiqamətdə iş davametdirilir.

“Azərbaycanla birgə bizdə “Yaşıl enerji dəhlizi” adlı təşəbbüsvar. Onun çərçivəsində biz “yaşıl” hidrogenin həm boru kəmərləri,həm də dəniz yolu ilə Rumıniyaya və oradan Avropaya tədarükü vətranziti üzrə ideya və mexanizmlər hazırlayırıq. Artıq bir sıramümkün marşrutlar müəyyən etmişik və onların bir hissəsi kifayətqədər real görünür”, - deyə Sereteli vurğulayıb.

Chosen
10
az.trend.az

1Sources