EN

Tramp və arvadının bu görüntüləri gündəm oldu - VİDEO

ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp Nyu-Yorkda BMT Baş Assambleyasından qayıdarkən helikopterdə kameraya tuş gəlib.

News365.az xəbər verir ki, görüntülərdə 79 yaşlı Trampın barmağını həyat yoldaşına işarə edərək söhbət etdiyi, Melaniyanın isə başını tərpədərək cavab verdiyi görünür. Cütlük qarşı-qarşıya oturaraq söhbətə davam edib. Daha sonra isə Tramp və Melaniya enərək Ağ Evin Cənub Qazonunu əl-ələ verərək keçiblər.

Hadisə mediada geniş müzakirələrə səbəb olub. "Daily Mail" məsələ ilə bağlı Ağ Evdən şərh istəsə də, cavab verilməyib.

Xatırladaq ki, Tramp bu ilin əvvəlində Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit tərəfindən qəzəbli jestlərlə kənara itələnməsini əks etdirən görüntülərdən sonra Makrona evlilik məsləhətləri vermişdi.

Tramp həmin vaxt istehza ilə "Qapının bağlı qalmasına əmin olun" ifadəsini işlətdiyi üçün gündəmə gəlmişdi.

Chosen
7
2
news365.az

3Sources