EN

Trampdan Ərdoğana jest - Hörmətini belə göstərdi... - FOTO

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan görüş yekunlaşıb.

News365.az xəbər verir ki, təxminən 2 saat 20 dəqiqə davam edən görüşdə diqqətçəkən anlardan biri Trampın xatirə kitabını imzalamaq üçün Ərdoğanın oturacağı stulu çəkərək jest etməsi olub.

Görüşün ardından Tramp Ərdoğanı maşınına qədər müşayiət edib. Vida mərasimi zamanı Tramp Türkiyənin xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və digər nümayəndələrlə də qısa söhbət aparıb.




Chosen
7
1
news365.az

2Sources