EN

"Əgər bu qətli maliyyələşdiribsə..." - Tramp Sorosu HƏDƏLƏDİ!


ABŞ prezidenti Donald Tramp növbəti dəfə Corc Sorosu hədəf alan bəyanatla çıxış edib. Tramp Ağ Evdə jurnalistlərlə görüşündə bildirib ki, maliyyəçi Corc Soros və "LinkedIn"in həmtəsisçisi Rid Hoffman solçu radikalları maliyyələşdirdikləri aşkar edilərsə, hüquqi problemlə üzləşə bilərlər. SİTAT: "Əlbəttə, Soros tez-tez eşitdiyim addır. Mən radikal solçu olan kifayət qədər varlı insanların adlarını eşidirəm. Rid Hoffman adlı bir oğlan haqqında da eşidirəm. Əgər bu işləri maliyyələşdirsələr, problem yaşayarlar", - Amerika lideri qeyd edib.
Tramp ABŞ-də siyasi terrorizmin artmasında, xüsusən də müttəfiqi Çarli Kirkə qarşı sui-qəsd cəhdində solçu radikalları günahlandırır.

Mətləb Salahov

Chosen
18
9
baki-xeber.com

10Sources