Azvision saytına istinadən ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, Krasnodar diyarının operativ qərargahı belə məlumat yayıb. “Pilotsuz təyyarənin qalıqları qurğulardan birinin üstünə düşüb. Xəsarət alan olmayıb. 30 kvadratmetr sahədə baş verən yanğın artıq söndürülüb. Hadisə yerində fövqəladə hallar və xüsusi xidmət orqanları işləyir”, - xəbərdə deyilir.
Ukrayna “Qazprom”a yeni zərbə vurub | VİDEO
Ukrayna hakimiyyəti Afipski Neft Emalı zavoduna hücumu hələ ki, şərh etməyib. Afipski Neft Emalı zavodu “Safmar” qrupuna daxil olan böyük müəssisədir. Onun layihə gücü ildə 6,25 milyon ton təşkil edir. Bu zavoda Ukrayna pilotsuz təyyarələrinin hücumu ilk dəfə deyi. Ümumiyyətlə, son vaxtlar Kiyev Rusiyanın neft emalı zavodlarına zərbələri xeyli intensivləşdirib. Bir neçə gün əvvəl Rusiyanın Başqırdıstan respublikasında yerləşən “Qazprom Neftexim Salavat” obyekti yenidən Ukrayna PUA-larının hücumuna məruz qalıb.
pic.twitter.com/KkrcA43aed
— Newsfeed (@Newsfeed883920) September 26, 2025
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.