Sentyabrın 26-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar diyarında yerləşən Afip Neft Emalı Zavoduna zərbələr endirib.
Missiya.Az xəbər verir ki, zərbələrdən sonra neft emalı zavodunda yanğın baş verib.
Krasnodar diyarının Operativ Qərargahının məlumatına görə, Afip Neft Emalı Zavodunun qurğularından birinə pilotsuz təyyarənin qalıqları düşüb və nəticədə 30 kvadratmetr sahədə yanğın baş verib.
Bildirilib ki, bu zavod Ukraynaya qarşı döyüşən Rusiya ordusunu dizel yanacağı və benzinlə təmin edir.
Qeyd edək ki, son vaxtlar Ukrayna pilotsuz uçuş aparatları vasitəsilə əsasən Rusiyanın neft emalı zavodlarını hədəfə alır.
Daşqın HəsənovMissiya.Az