EN

Gəncə sakinləri Mingəçevirə daha ucuz qiymətə gedəcəklər

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bakıdan Gəncəyə ADY ilə səfərlər başlayandan hər zaman qatardan yararlanmağa çalışmışam”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Gəncənin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Gəncədə yaşayan vətəndaş rahatlıqla qatardan istifadə etməklə hər gün iş üçün az məbləğ ödəyərək Mingəçevirə gedə və qayıda bilər:

“Qatarla səfərlər avtomobillə müqayisədə təhlükəsizlik baxımından daha da əlverişlidir. Müqayisə etdikdə bunun fərqinə varırıq. Qatarlar həmçinin fəsillərə uyğun komfortuna görə də yaxşıdır”.

Deputat qatar infrastrukturu ilə bağlı son 7-8 ildə ciddi dəyişikliklərin olduğunu bildirib:

“Bu layihə turizm potensialı baxımından da faydalıdır. Qatarlarda 3 dildə xidmət göstərilir ki, bu da turistlərin ölkəmizdə rahat hərəkəti üçün münbit şərait yaradır. Sentyabrın 28-dən start götürəcək MDB oyunları zamanı rayonlararası qatar səfərlərinin rolu istisna edilmir. Bölgələrarası qatarların təşkili ilə bundan sonra beynəlxalq səviyyəli tədbirlərin bölgələrdə keçirilməsi daha çox gündəmdə olacaq”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
globalinfo.az

1Sources