EN

Ukrayna Rusiyanın neftayırma zavodunu vurdu

Hurriyyet.az xəbər verir ki, Ukrayna Rusiyanın ən böyük neftayırma zavodlarından birinə zərbə vurub.

Sentyabrın 26-na keçən gecə Krasnodar diyarında və Rostov vilayətində dronların kütləvi hücumu qeydə alınıb.

Regionun operativ qərargahının məlumatına görə, Krasnodar diyarının Afip neftayırma zavodunun ərazisində vurulmuş dronunun qalıqlarının yerə düşməsindən sonra yanğın baş verib.  Yanğın sahəsi 30 kvadrat metrə qədər ərazini təşkil edib və tez bir zamanda söndürülüb. Zərərçəkən yoxdur.

Rostov-na-Don ərazisində dronun qəlpələri Dovator küçəsində mağazanı, avtomobilləri zədələyib. Bundan başqa, Sovet rayonunda yük maşını alışdı. Hər iki yanğın söndürülüb, zərərçəkənlər barəsində məlumat yoxdur.

Hürr Tərcüman

Chosen
20
hurriyyet.az

1Sources