EN

Uşaq nəşrlərinin biblioqrafiyası hazırlanıb

Azərbaycan milli mətbu irsində əhəmiyyətli yer tutan və 1906-1925-ci illərdə nəşr olunmuş  “Dəbistan”, “Rəhbər”, “Məktəb” və “Məktəb məcmuəsi” uşaq  jurnallarının biblioqrafiyası hazırlanaraq nəşr edilib. Nəşrin müəllifi Bakı Slavyan Universitetinin müəllimi, mətbuat tədqiqatçısı Fərqanə Məlikovadır.

“İki sahil” xəbər verir ki, jurnallardakı materialların məzmun və müəllifləri haqqında bilgi verilməsi baxımından bu biblioqrafiya  ilk təşəbbüsdür. Nəşrlər haqqında ümumi təsəvvür yaradan biblioqrafiyada yazıların müəllifləri, dərc olunduğu tarix, nömrə sayı və səhifələr qeyd olunmuşdur.

Qeyd edək ki, “Dəbistan” jurnalının 1906-1908-ci illərdə 27 nömrəsi, “Rəhbər” jurnalının 1906-1907-ci illərdə 5 nömrəsi, “Məktəb” jurnalının isə 1911-1920-ci illərdə 97 nömrəsi, “Məktəb məcmuəsi” jurnalının 1925-ci ildə 1 nömrəsi nəşr edilmişdir. Biblioqrafiyada bütün bu illər, günlər üzrə nəşr olunmuş materiallar sistemli və ardıcıl şəkildə öz əksini tapmışdır.

Biblioqrafiyanın məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova, rəyçilər siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə və filologiya elmlər doktoru, professor Qulu Məhərrəmlidir.

“Zərdabi nəşr”də kütləvi tirajla çap olunmuş uşaq nəşrlərinin biblioqrafiyasının  redaktoru  BDU-nun Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğludur.

Chosen
10
2
ikisahil.az

3Sources