ABŞ TikTok-un aktivlərini 14 milyard dollara alıb. Razılaşma Ağ Evdə imzalanıb.
TikTok-un Amerika bölməsinin amerikalı investorlara satılmasını Si Cinpin razılaşdırıb, Donald Tramp isə təsdiq edib.
Tətbiqin ABŞ-da bloklanması əvvəllər yanvarın 20-dək təxirə salınmışdı.
Vitse-prezident C.D.Vens bəyan edib ki, sövdələşmənin məqsədi xidmətin ABŞ-dakı əməliyyatlarını və amerikalı istifadəçilərin məlumatlarını qorumaqdır.
TikTok-un tövsiyə alqoritmi artıq ABŞ şirkətləri tərəfindən idarə olunacaq.
Aktivin qiyməti 14 milyard dollardır. Oracle-ın başçılıq etdiyi amerikalı investorlar bu məbləğin 80%-ni, ana şirkət ByteDance (Çin) isə 20%-ni əldə edəcəklər.
Oracle Trampın tərəfdarı olan Larri Ellisona məxsusdur.
TikTok alqoritmlərinin gələn il Senat və Konqres seçkilərində necə çıxış edəcəyini təxmin etmək çətin deyil.