Qərb ölkələrinin diplomatları Moskvada keçirilən qapalı görüşdə Rusiyaya açıq mesaj veriblər: alyans bundan sonra hava sərhədlərinin pozulmasına biganə qalmayacaq və istənilən təxribat hərbi yolla cavablandırıla bilər.
Ulusal.az xəbər verir ki, məsələ barədə məlumatı “Bloomberg” diplomatik mənbələrə istinadən yayıb.
Agentliyin yazdığına görə, bu həftə Moskvada baş tutan danışıqlarda Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri ötən günlərdə Estoniyanın hava məkanına üç MiQ-31 qırıcısının daxil olmasını ciddi narazılıqla qarşılayıblar.
Mənbələrin sözlərinə görə, Qərbin əldə etdiyi təsəvvür belədir ki, sərhədin pozulması təsadüfi deyil, Rusiya hərbi rəhbərliyinin bilavasitə göstərişi ilə baş verib.
Görüş zamanı rus tərəfi isə insidentin səbəbini Ukraynanın Krım ərazisinə endirdiyi zərbələrlə izah edib. Moskva hesab edir ki, bu hücumlar NATO-nun dəstəyi ilə həyata keçirilib və buna görə də Rusiya özünü alyans ölkələri ilə birbaşa qarşıdurmada görür.Musavat.com