EN

Toya bu geyimdə qatıldılar Fotolar

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Xalq artisti Səidə Quliyevanın oğlu Fərhadın toyu olub. 

Axşam.az-ın məlumatına görə, məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Onlar gecəyə rəngli geyimlər seçiblər. 

Xalq artisti Firəngiz Mütəllimova məclisə qara uzun geyimdə qatılıb. Libasın üzəri ağ güllərlə bəzədilib. O, geyimini ağ ayaqqabı və qara çanta ilə tamamlayıb. 

Xalq artisti Nübar Novruzova bordo rəngli don seçib. O, saç düzümü və makiyajla görüntüsünü rəngləndirib. 

Xalq artisti Naibə Allahverdiyeva da toya qara rəngfli geyimlə qatılıb. Aktrisa aksessuar kimi qara əlcək və mirvaridən istifadə edib. Sənətçi gümüşü çanta ilə tərzini tamamlayıb. 

Xalq artisti Məleykə Əsədova gecəyə rəngli libasda qatılıb. Aktrisa çəhrayı atlas dondan istifadə edib. O, ağ qızıl aksessuarları ilə görünüşünü tamamlayıb.

Əməkdar artist Nahidə Orucova da qara rəngə üstünlük verənlərdən olub. Aktrisa geyimini mirvari və qızılı aksessuarlarla rəngləndirib. 

Əməkdar artist Mehriban Xanlarova isə açıq rəngə üstünlük verib. Aktrisa bej dəst geyinib.

Əməkdar artist Hüsniyyə Mürvətova da toy üçün açıq rəngdən istifadə edib. Aktrisa ağ libasını eyni rəngli ayaqqabı və çanta ilə tamamlayıb.

Əməkdar artist Kubra Əliyeva məclisə qara rəngli şalvar və koftada qatılıb. Aktrisa tünd geyiminə çəhrayı pencəklə rəng qatıb. O, aksessuar kimi isə mirvari və qızıldan istifadə edib. 

Əməkdar artist Sənubər İsgəndərli açıq boz rəngli şeffon don geyinib. Aktrisa ağ zinnət əşyalarından istifadə edib. 

Əməkdar artist Vəfa Zeynalova isə qara şeffon don geyinib. O, tünd geyimini gümüşü çantası ilə rəngləndirib. 

Aparıcı Kamilə Babayeva qara paltarla toya gəlib. Onun paltarının üzəri rəngli güllərlə bəzədilib. Aparıcı açıq rəngli çantadan istifadə edib. 

Əməkdar artist Aybəniz Haşımova isə məclisə dəbdəbəli ziyafət geyimində qatılıb. Onun qara donunun üzəri bənövşəyi küllərlə bəzədilib. İfaçı böyük sırğalar taxıb və əlində lələklərdən hazırlanan yelpik tutub. Müğənni dəbdəbəli saç düzümü və tünd makiyajı ilə görünüşünü tamamlayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
axsam.az

1Sources