EN

Azərbaycan statistik məlumatların hazırlanmasında xarici təcrübədən istifadə edəcək

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda edilən təqdimatlar, çıxışlar faydalı oldu.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov deyib.O qeyd edib ki, bu məlumatlar, innovasiyalarla bağlı həyata keçiirlmiş islahatlarla bağlı ölkə təcrübələrinin bölüşülməsi Azərbaycan üçün qarşıda duran məsələlər, o cümlədən dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə statistikanın hazırlanması kimi məsələlərdə çox faydalıdır:

“Biz materialları əldə etmişik. Digər ölkələrdən olan təcrübələrlə də ətraflı tanış olacağıq. Burda 10 beynəlxalq təşkilatın nümayəndəsi, o cümlədən BMT-nin Avropa iqtisadi komissiyasının statistika şöbəsinin direktoru, eləcə də Dünya Bankının beynəlxalq müqayisələr proqramının rəhbəri iştirak edirdi. Onların da hazırladığı metedoloji materiallar təqdim olundu və həmin materiallardan da Azərbaycanda statistikanın daha da inkişaf etdirilməsi zamanı istifadə olunacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
3
apa.az

4Sources