EN

Polis Akademiyası hüquq viktorinasında ali təhsil müəssisələri arasında BİRİNCİ olub

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 24-də “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinası keçirilib.  

Lent.az xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, konstitusiya və dövlət suverenliyi mövzularında maarifləndirilməsi, analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin hüquq-mühafizə orqanları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi olub. 

Viktorinada Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Gömrük Komitəsi Akademiyası, Fövqəladə Hallar Nazirliyi Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti, ADA Universiteti və Heydər Əliyev adına Hərbi İnstitutun tələbə və kursantları iştirak ediblər.

Viktorinada komandalar iki mərhələdə biliklərini sınayıblar. Yarışın yekun nəticələrinə əsasən Daxili İşlər Nazirliyinin Polis Akademiyası birinci yerə layiq görülüb.

Bütün iştirakçılar sertifikatlarla təltif olunub, qalib komandalar isə xüsusi mükafatlarla qiymətləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
3
lent.az

4Sources