EN

Həyatın yaşam sığortasına yatırımlar 500 milyon manata yaxınlaşıb

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-avqust aylarında həyatın yaşam sığortası üzrə 498 milyon 528 manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 19,4% və ya 81 milyon 22 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 90 milyon 908 min manat və ya 27,6% artaraq 419 milyon 914 manata çatıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında yaşam sığortası üzrə yığımlar 417,5 milyon manata, ödənişlər isə 329 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
banco.az

3Sources