EN

Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamənin yeni redaksiyada təsdiq olunduğunu açıqlayıb.

Bu barədə "APA-Economics"ə DVX-dən bildirilib. Qeyd edilib ki, oktyabrın 1-dən etibarən bu bəyannamə artıq şəxsi elektron kabinet üzərindən təqdim ediləcək.

İndiyədək muzdlu işlə bağlı bəyannamə ayrıca interfeys vasitəsilə göndərilirdisə, bundan sonra digər vergilər üzrə hesabatlarla yanaşı vahid şəkildə e-kabinetdən təqdimolunacaq.

Xidmət bildirir ki, yenilik sahibkarların inzibati yükünü azaldacaq, hesabat proseslərini sadələşdirəcək və vaxt itkisini minimuma endirəcək. Eyni zamanda, rəqəmsal şəffaflıq və hesabatlılıq daha da güclənəcək.

Dövlət Vergi Xidməti bütün vergi ödəyicilərini oktyabrın 1-dən İnternet Vergi İdarəsinin (new.e-taxes.gov.az) şəxsi kabineti vasitəsilə bu imkandan yararlanmağa dəvət edir.

Chosen
38
3
apa.az

10Sources