EN

Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib - FOTOLAR

Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib. Bu barədə SİA-ya kollegiyadan məlumat veriblər.

Bildirilib ki, VK-nın inzibati binasında baş tutan görüşdə sədr Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları yeni fəaliyyət mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb və son dövrlər Kollegiyada görülən işlərdən danışıb.

Anar Bağırov çıxışında qeyd edib ki, vəkil köməkçiliyi vəkilliyə aparan yolun mühüm mərhələsidir və peşəkar vəkillərin yetişməsində əhəmiyyətli rol oynayır. O vurğulayıb ki, hüquq sisteminin möhkəmlənməsi və cəmiyyətin hüquqi maariflənməsi prosesində vəkillər xüsusi yer tutur, bu səbəbdən savadlı və məsuliyyətli hüquqşünaslara hər zaman ehtiyac var.

Həmçinin Anar Bağırov VK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarına əsasən vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirakla bağlı ödənişə tətbiq edilən güzəştdən bəhs edərək, bu qərarın gənc hüquqşünasların gələcək karyerası baxımından mühüm təşviq olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.

Chosen
5
6
sia.az

8Sources