EN

50 qəpik Anar Rzayevin özü üçün azdır, millət üçün az deyil axı Deputat AYNA sədrinə etiraz etdi

ain.az bildirir, Mia.az portalına istinadən.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin “Daşıyıcıların xərcləri 50 qəpikdən çox yüksəkdir” fikirləri ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə müzakirələri yenidən gündəmə gətirib.

Sədrin açıqlamasının ictimai fikri yoxlamaq üçün ortaya atıldığını deyənlər yaxın aylarda gedişhaqlarının 1 manata qədər artırılacağını iddia edirlər.

Mia.az-ın məlumatına görə, bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas A.Rzayevin çıxışına etiraz edib.

“Gediş haqlarını qaldırmaq düzgün deyil. Bu qərarı qəbul edərkən camaatın maaşına, ailə şəraitinə də fikir vermək lazımdır. Ola bilər, 50 qəpik Anar Rzayevin özü üçün azdır. Amma millət üçün az deyil axı. Gediş haqqını 1 manat etsəniz, onda belə çıxır ki, əvvəl taksi 1 manata aparırdı, indi avtobus aparacaq? Belə şey olar? Əlbəttə ki, yox. Heç xoş söz deyil...” – deputat bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
4
mia.az

5Sources