EN

Nepalda həbsxanadan qaçan 8 mindən çox məhbus saxlanılıb

Sitat.info portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nepalda etirazlar zamanı 14 mindən çox məhbus həbsxanadan qaçıb, 6 mindən çox şəxs hələ də azadlıqdadır.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə "Khabarhub" portalı məlumat yayıb.

Həbsxanaları İdarəetmə Departamentinin məlumatına görə, etirazlar zamanı Nepal həbsxanalarından ümumilikdə 14 min 549 məhbus qaçıb. Hüquq-mühafizə orqanları 8 054 məhbusu saxlayıb, onlardan 341-i yetkinlik yaşına çatmayan şəxslərdir.

Qaçanların bəziləri könüllü olaraq geri qayıdıb. Daha 6 494 cinayətkar hələ də azadlıqdadır, onlardan 622 nəfəri yetkinlik yaşına çatmayan şəxslərdir.

Polis onların axtarışlarını davam etdirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
sitat.info

2Sources