EN

3 gənc qız işgəncə ilə öldürüldü, cinayət anı Instagram da yayımlandı

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Argentinada 15–20 yaşlı üç qız – Brenda del Kastillo, Morena Verdi və Lara Qutyerres – narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstə tərəfindən qaçırılaraq işgəncə ilə qətlə yetirilib. Qətl anı dəstənin üzvləri tərəfindən "Instagram"da qapalı hesabda canlı yayımlanıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, qızlar guya əyləncəyə gedəcəklərini düşünüb yük maşınına minib, lakin Buenos-Ayresdə fəaliyyət göstərən beynəlxalq dəstənin tələsinə düşüblər.

Məhkəmə-tibbi ekspertiza qızların amansız işgəncə ilə öldürüldüyünü təsdiqləyib. Lara boğazından bıçaqlanmazdan əvvəl əzab çəkdirilib, digər iki qızın isə kəllə sümükləri parçalanıb.

Polis cəsədləri bir evdə aşkarlayıb, iki nəfəri yerindəcə saxlayıb. Ümumilikdə dörd nəfər həbs olunub, daha dörd nəfər barədə istintaq aparılır. Əməliyyat zamanı evdə pul dəstələri və saxlanmış ərzaq aşkarlanıb.

Hadisə ölkədə böyük etirazlara səbəb olub. Onlarla şəhərdə qadınlar "Bizi öldürməyi dayandırın" şüarı ilə küçələrə çıxıb. Aksiyalara "Ni Una Menos" hərəkatı rəhbərlik edib.

Buenos-Ayres valisi hadisənin həm narkotik qaçaqmalçılığı, həm də qadınlara qarşı zorakılıqla bağlı olduğunu bildirib: "Bu şəbəkələrə qarşı ciddi mübarizə aparmaq lazımdır. Əks halda güclənəcək və cəzasız qalacaqlar."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
baku.ws

2Sources