EN

Əli Əhmədov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Sentyabrın 26-da Milli Məclis sədrinin birinci müavini ƏliƏhmədov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyətiilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Qonaqları salamlayan birinci vitse-spiker Azərbaycanın Çili iləəlaqələrin inkişafına maraq göstərdiyini deyib. Əli Əhmədovxalqlarımızın birləşdirən ortaq bəşəri dəyərlərin, 30 ildən çoxdavam edən diplomatik əlaqələrin iki ölkə arasında iqtisadi vəsiyasi dialoqun inkişafına müsbət təsir göstərdiyi bildirib. Qeydolunub ki, Azərbaycan və Çili bir sıra sahələrdə və platformalardaəməkdaşlıq edir.

Milli Məclis sədrinin birinci müavini hər iki ölkəninparlamentlərində qarşılıqlı dostluq qruplarının olmasını yüksəkqiymətləndirib, parlamentlərarası münasibətləri ölkələr arasındaikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən birikimi dəyərləndirib. O, Çili senatorlarının bu səfərininAzərbaycan-Çili əlaqələrinin daha da inkişafına və möhkəmlənməsinətöhfə verəcəyinə inamını ifadə edib.

Çili Milli Konqresi Senatının İnsan hüquqları daimi komitəsininsədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəriFransisko Çauhan qonaqpərvərliyə görə təşəkkür edib. Senatorölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi imkanları iləbağlı fikirlərini bölüşüb, bu münasibətlərin intensivləşməsindəparlamentlərin rolunu vurğulayıb.

Sonra Çili Senatının İqtisadiyyat daimi komitəsinin sədri RoxoEdvards, Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan KarlosSalazar Alvares Azərbaycanla Çili münasibətlərinin hazırkıvəziyyəti, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsiperspektivləri barədə fikirlərini səsləndiriblər.

Söhbət tərəfləri maraqlandıran digər mövzular ətrafında fikirmübadiləsi ilə davam etdirilib.

Məqalədə:
Chosen
18
9
az.trend.az

10Sources