EN

Latviya klubunda oynamış futbolçu Azərbaycanda I Liqa klubu ilə anlaşdı

"Şəfa" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Ramin Nəsirlini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi karyerası ərzində "Neftçi", "Dauqavpils" (Latviya) və "Araz-Naxçıvan" kimi komandaların şərəfini qoruyub. Qeyd edək ki, “Şəfa” I Liqada 3 turdan sonra 9 xalla liderdir.

saytlarin hazirlanmasi

Chosen
22
1
sportal.az

2Sources