EN

Premyer Liqada çətin günlər yaşayan komandaya YÜKSƏK MƏBLƏĞDƏ VƏD

Həftəsonu Premyer Liqada mövsümün ilk qərb derbisi keçiriləcək. “Turan Tovuz”la “Kəpəz” Suraxanı qəsəbəsində üz-üzə gələcək.

İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisinin rəhbərliyi komandanı motivasiya etməkdən ötrü pul kisəsinin ağızını geniş açıb.

Qələbə müqabilində futbolçulara böyük mükafat vəd olunub. Söhbət adambaşına 3000-3500 manat ödəmədən gedir.

“Sarı-göylər” çemprionatın geridə qalan beş turunda məğlubiyyətlə üzləşib və turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb. Adil Şükürov uğursuzluq zolağına düşən kollektivin başından uzaqlaşdırılb.

İdman.biz

Chosen
18
2
idman.biz

3Sources