EN

Türkiyəli müğənni Güllü eyvandan yıxılaraq öldü


Arabesk musiqisinin sevilən siması, Güllü adı ilə tanınan 52 yaşlı Gül Tut Yalovanın Çınarcık rayonunda evinin eyvanından yıxılaraq ölüb.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, 52 yaşlı Tut Çınarcık rayonunda 6-cı mərtbədə yerləşən evinin eyvanındakı pəncərədən yıxılıb.
Hadisə ilə əIaqədar əraziyə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hadisə yerinə gələn təcili yardım əməkdaşları Tutun öldüyünü müəyyən edib.
Hadisə saat 02:28 radələrində baş verib.
Müğənninin meyiti Yalova Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı Çınarcık Rayon Polis Şöbəsi tərəfindən araşdırma başladılıb.
Müğənninin halı pisləşdiyi üçün eyvandan yıxıldığı bildirilir.
Chosen
56
1
yeniavaz.com

2Sources